Zəlzələ qurbanları üçün toplanma sahələri, obyektlər, otellər və könüllü evləri kimi qalacaq yerləri göstərən platforma "Kalacakyer.org" istifadəyə verilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, paylaşılan siyahı, qalacaq yerlərin cari doldurulma vəziyyətini daim yoxlayaraq, köməyə ehtiyacı olan insanları doğru yerə istiqamətləndirmək məqsədi daşıyır.Bu səbəbdən platformada təcili nəqliyyat üçün WhatsApp dəstək xətti də mövcuddur.


Zəlzələdən sağ çıxan, lakin bu soyuq havada qalmağa yer tapmaqda çətinlik çəkən vətəndaşlar üçün bir çox obyektlər, otellər və könüllülər qapılarını açıb. Kalacakyer.org adlı platforma vətəndaşların Türkiyədə qala biləcəyi yerləri sıralayıb. Platformada dövlət, qurum və bələdiyyələr tərəfindən açılan obyektlər və bu obyektlərin yerləri xəritədə görünə bilər. Zəlzələ bölgəsində vətəndaşların yerləşdirilməsi üçün pulsuz otaqlar ayırmış otellərin tam siyahısına da baxmaq olar.


Ahbap və Otelz tərəfindən paylaşılan yerlər Kalacakyer.org saytında da mövcuddur. Evinizi, iş yerinizi, otelinizi və ya obyektinizi zəlzələ qurbanlarına açmaq istəyirsinizsə, sağ altda yerləşən “Bir Yeri Paylaşmaq İstəyirəm” düyməsini sıxıb Kalacakyer.org komandası ilə əlaqə saxlaya bilərsiniz.


Qeyd edək ki, xəsarət alan vətəndaşlarımız Kalacakyer.org , WhatsApp nömrəsi və ya Twitter üzərindən komanda ilə əlaqə saxlayaraq yaşayış üçün müraciətlərini operativ şəkildə bildirə bilərlər və mesaj daxil olan kimi onlara yaxın yerlər barədə məlumat verilməsi üçün lazımi araşdırmalar aparılır.


Kalacakyer.org saytına buradan baxıb ehtiyacı olanlarla paylaşa bilərsiniz:


https://kalacakyer.org/