Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlayıb.
AFAD-dan verilən açıqlamada Kahramanmaraşda baş verən zəlzələlərdə 18 min 342 nəfərin həyatını itirdiyi, 74 min 242 nəfərin isə yaralandığı açıqlanıb. Zəlzələnin 5-ci günündə də ümidlərini itirməyən bölgədəki könüllülərin, işçilərin və zəlzələdən sağ çıxanların ümidli işləri davam edir.
Qeyd edək ki, zəlzələnin vurduğu 10 ərazi üçün fövqəladə vəziyyət qərarı Türkiyə Böyük Millət Məclisində də qəbul edilib.