7000 işçisini ixtisar etməyi planlaşdıran Disney+ 2,4 milyon abunəçisini itirdiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Disney+-ın qlobal istifadəçi bazası 164,2 milyondan 161,8 milyona düşüb. 2019-cu ildə istifadəyə verilən Disney+ o vaxtdan bəri ilk dəfə istifadəçi itkisi yaşadı.


Disney+ 2023-cü ilin birinci rübü üzrə qlobal nəticələrini açıqlayıb. Paylaşılan məlumata görə, platforma birinci rübdə 2,4 milyon abunəçisini itirib. Disney+-ın qlobal istifadəçi sayı 164,2 milyondan 161,8 milyona düşüb . 2019-cu ildə istifadəyə verilən Disney+ o vaxtdan bəri ilk dəfə istifadəçi itkisi yaşadı.


Disney+ abunəçilərindəki itki əsasən Disney+ Hotstar abunəçilərinin azalması ilə bağlı olub. Hindistanda və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində mövcud olan beynəlxalq axın xidmətinin əvvəlki rübdə 61,3 milyon abunəçisi var idisə, ötən rübdə bu rəqəm 3,8 milyon idi.


Disney-in digər axın xidmətləri Hulu və ESPN+ müvafiq olaraq 800 min abunəçi və 600 min abunəçi qazanaraq yaxşı rüb keçirdi . Hazırda Hulu-nun 48 milyon, ESPN+-ın isə 24,9 milyon abunəçisi var.


Ümumilikdə, Disney 31 dekabr 2022-ci il tarixində başa çatan rüb üçün (Disney-in 2023-cü maliyyə ilinin 1-ci rübü) 8 faiz artaraq 23,51 milyard dollar gəlir və səhm üzrə düzəliş edilmiş mənfəəti 99 sent təşkil etdi. Analitiklərin hesablamalarına görə, şirkətin gəliri 23,37 milyard dollar və hər səhm üçün 78 sent olacaq. Başqa sözlə, abunəçilərin itkisinə baxmayaraq, analitiklərin hesablamalarından yuxarı, kiçik fərqlə gəlir əldə edilib.


Disney-in baş direktoru Bob İger bildirib ki, Disney xərclərini 5,5 milyard dollar azaltmağı planlaşdırır və bu kontekstdə şirkətin qlobal işçi qüvvəsinin 3,2 faizi işdən çıxarılacaq . Bu nisbət 7 min işçiyə uyğun gəlir .


Qeyd edək ki, şirkətin üç əsas biznes seqmentində yenidən təşkil olunduğu elan edildi: Disney Entertainment, ESPN və Disney Parks, Experiences and Products.