Türkiyədəki zəlzələ zamanı Adıyamandakı hotelin dağıntıları arasından Şimali Kiprin 12-15 yaşlarında qız və oğlanlardan ibarət voleybol komandasının 16 üzvünün cəsədi çıxarılıb.


Facemark.az "Apa.az"-a istinadən xəbər verir. Bu barədə Türkiyə Voleybol Federasiyası (TVF) açıqlama verib.


Hotelin dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.


Həmçinin qeyd olunub ki, dağıntılar zamanı həyatını itirən, lakin hələlik adları açıqlanmayan vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Qeyd edək ki, hazırda zəlzələ bölgəsində ərazidə Şimali Kiprdən olan 170 nəfərdən ibarət xilasetmə qrupu da fəaliyyət göstərir.