Twitter, ödənişli abunə modeli olan Twitter Blue-nun istifadəçilərinin 4000 simvol uzunluğunda tvit yaza biləcəyini açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mavi istifadəçilər bu açıqlama ilə 280 simvol yerinə 4 min simvola qədər tvit yaza biləcəklər. Eyni məhdudiyyət sitat gətirilən tvitlərə və cavablara da aiddir. Dünəndən etibarən ABŞ-dakı Blue üzvləri 4000 simvol uzunluğunda tvit göndərə bilər.


Twitter həmçinin uzun tvitlərlə birlikdə şəkil və ya video kimi medianın dərc oluna biləcəyini bildirib. Uzun tvitləri yalnız Twitter Blue abunəçiləri göndərə bilər, lakin bütün istifadəçilər onları oxuya biləcəklər. Yalnız standart uzunluqda olan ilk 280 simvol Twitter lentində görünəcək və daha çox oxumaq üçün aşağıdakı tvitdə olduğu kimi "Daha çox göstər" seçiminə klikləmək lazım olacaqdır.


Qeyd edək ki, Twitterin məlumatına görə, Twitter-in ABŞ-da cəmi 180.000, dünya üzrə isə təxminən 290.000 Mavi abunəçisi var. Twitter-in Blue üçün etdiyi bu dəyişikliyin istifadəçi sayını artırıb artırmayacağını görəcəyik.