Kahramanmaraş mərkəzli zəlzələlərdə can itkisinin 31 min 643-ə yüksəldiyi açıqlanıb.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
AFAD-dan verilən açıqlamada qeyd olunub: "Zəlzələ bölgəsində aparılan işlərdə ümumilikdə 233 320 nəfərlik şəxsi heyət, 12 322 maşın və tikinti texnikası çalışır. 70 təyyarə, 167 helikopter, 24 gəmi, 45 İHA və 9 bölgədə pilotsuz təyyarələr işləyir. 80 min 863 nəfər evdən çıxarılıb
Zəlzələ bölgəsində olan 147 934 vətəndaş başqa ərazilərə təxliyə edilib. Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində yardım üçün digər ölkələrdən 9369 nəfər fəlakət bölgəsinə göndərilib."
Qeyd edək ki, Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra indiyədək cəmi 2412 zəlzələ baş verib.