Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35 min nəfəri ötüb.


Facemark.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Nazirlər Kabinetinin Yığıncağı sonrası xalqa müraciətində etdiyi çıxışında Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayının 35 min 418- ə yüksəldiyini açıqlayıb. 80 278 zəlzələ qurbanının dağıntılar altından yaralı olaraq xilas edildiyini qeyd edən Ərdoğan, 158 165 zəlzələ qurbanının başqa vilayətlərə təxliyə edildiyini bildirib. Böyük zəlzələlərdən sonra bölgədə artçı təkanların sayı 3170 olaraq qeydə alınıb.


Qeyd edək ki, əsrin fəlakətinin 10-cu günündə dağıntılarda axtarış-xilasetmə işləri davam edir.