Amerikanın Coca-Cola şirkətinin xalis mənfəəti 16% azalıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oktyabr-dekabr aylarında xalis mənfəət 2,031 milyard dollar təşkil edib. Bir səhm üzrə gəlir 0,45 dollar təşkil edib, eyni zamanda gəlir 7% artaraq 10,1 milyard dollar təşkil edib .
Fiziki ifadədə satışın həcmi əvvəlki illə müqayisədə 1% azalıb. Qazlı içkilərin satışı 4%, su, idman içkiləri, qəhvə və çayların satışı 6% artıb. Şirələrin, südlü içkilərin və bitki mənşəli içkilərin satışı 7% azalıb.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola-nın rəqibi PepsiCo 2022-ci ilin dördüncü rübü üçün hesabat vermişdi . Şirkətin xalis mənfəəti 61% - 1,3 milyard dollardan 518 milyon dollara düşüb. Bu, əsasən PepsiCo-nun Rusiyadan getməsi, şirə biznesinin satışı və bir sıra brendlərin fəaliyyətini dayandırması ilə bağlı olub.