Kahramanmaraşda baş verən zəlzələlər Türkiyə və Suriyanın 10 vilayətində böyük dağıntılara səbəb olub. Bütün dünyada yardım səfərbərliyi davam edir.


Facemark.az xəbər verir ki, Hollandiyada elan edilən milli hərəkət günü çərçivəsində ediləcək ortaq yayımda məşhur simalar zəlzələ qurbanları üçün yardım toplayacaq.


Hollandiyada milli və yerli medianın iştirakı ilə ediləcək birgə yayımda Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardımlar toplanacaq. Fevralın 15-i Türkiyə vaxtı ilə saat 05:55-də Hollandiyanın 170 məşhur siması “Giro555” milli yardım xətti vasitəsilə ianə toplayacaq. Gün ərzində həm Türkiyə, həm də Suriya icmasının və dini liderlərin qatılacağı ianə toplama tədbiri üçün nəzərdə tutulan ianə məbləği ən azı 100 milyon avrodur. Yığılan pullar təbii fəlakət bölgəsindəki qeyri-hökumət təşkilatları vasitəsilə zəlzələdən zərər çəkmiş vətəndaşların sığınacaq, geyim, tibbi xidmət və qida kimi təcili ehtiyaclarına sərf olunacaq.