Həmişə bir birinə rəqib olan McDonald's və Burger King zəlzələ qurbanları üçün birgə kampaniyaya başlayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 35 mindən çox türk vətəndaşının həyatını itirdiyi Böyük Cənub-Şərq zəlzələləri şiddətli rəqiblər olan McDonald's və Burger King-i bir araya gətirdi. Türkiyə 6 Fevralda meydana gələn ikiqat Böyük Cənub-Şərq zəlzələlərinin yaralarını sarmağa çalışır. Axtarış-xilasetmə işləri davam edərkən, bölgənin yenidən inkişafı üçün maliyyə yardımı kampaniyaları aparılır. Fəlakət təkcə Türkiyədə deyil, bütün dünyada rezonans doğurub .


Türkiyəni sarsıdan zəlzələ fəlakəti normal şəraitdə sıx rəqabətdə olan qurum və təşkilatları bir araya gətirib . Bu mövzuda; Dünyanın ən böyük fast food şirkətləri arasında yer alan McDonald's və Burger King-in atdığı addım təsirsiz ötüşməyib. Burger King, McDonald's-ın başlatdığı yardım kampaniyasını İnstaqram hesabında paylaşaraq kampaniyanın daha çox insana çatmasına səbəb olub.


Qeyd edək ki, McDonald's bu yaxınlarda elan etdi ki, zəlzələdən zərər çəkənlər üçün qida paylama məntəqələri yaradıb və bu paylama məntəqələri haqqında yazı hazırlayıb. Bu yazı Burger King-in rəsmi Instagram hesabından repost edilib .