İlon Mask daha bir il Twitter-i idarə edəcək və bu vəzifəni yeni baş direktora təhvil verəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Twitter-in ilin sonuna qədər yeni CEO-ya hazır olması lazım olduğunu deyən Elon Musk, şirkətdəki işləri yoluna qoymadan və yeni CEO-ya ötürmədən bir il idarənin başında qalacağını açıqlayıb.


Dubayda keçirilən Ümumdünya Hökumət Zirvəsinə video bağlantı vasitəsilə qatılan Twitter-in CEO-su Elon Mask, "Şirkət təşkilatını sabitləşdirməliyəm və maliyyə cəhətdən sağlam bir yerdə olduğundan və məhsulun yol xəritəsinin aydın şəkildə tərtib edildiyindən əmin olmalıyam" deyib.


Maskın sözlərinə görə, bu ilin sonu şirkəti idarə edəcək başqa birini tapmaq üçün yaxşı vaxtdır və bu ilin sonuna qədər şirkət stabil vəziyyətdə olacaq.


Qeyd edək ki, Mask yeni CEO-nun kim olacağı barədə məlumat verməyib.