İlon Mask 1,95 milyard dollar dəyərində Tesla səhmlərini xeyriyyəçiliyə bağışlayır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Amerikalı iş adamı İlon Mask 2022-ci ilin avqust-dekabr aylarında 11,6 milyon Tesla səhmini rəhbərlik etdiyi xeyriyyə fonduna bağışlayıb.
Bağışlanan səhmlərin ümumi dəyəri, Tesla kağızlarının fevralın 14-də ticarətin bağlanışına olan qiyməti nəzərə alınmaqla, 1,95 milyard dollar təşkil edir.
Mask hazırda Tesla səhmlərinin təxminən 13%-nə sahibdir. 2021-ci ildə o, 5,7 milyard dollar dəyərində şirkət səhmlərini bağışlayıb.Bütün məbləğ şəxsi fonduna köçürülüb.
Qeyd edək ki, ianənin hansı sahəyə yönəldiyi məlum deyil.