"Twitter" mikrobloqlar xidməti 2013-cü ilin fevralından etibarən "t.co" daxili xidməti vasitəsilə qısaldılmış istinadların uzunluğunu artıracaq. Bu barədə "Twitter"in tərtibatçılar bloqunda məlumat verilib https://dev.twitter.com/blog/upcoming-tco-changes. Növbəti il fevralın 20-dən etibarən tvitlərdə dərc edilən istinadların uzunluğu 20 simvol deyil, 22 simvola bərabər olacaq. Bu isə o deməkdir ki, mətn dərc etmək üçün 120 simvol əvəzinə 118 simvoldan istifadə etmək mümkün olacaq.