Give Back Box-ın məqsədi ehtiyacı olanlara yardım çatdırarkən evləri istənməyən qutulardan təmizləməkdir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Give Back Box” qeyri-kommersiya təşəbbüsü yararsız qutuları zibilxanalardan və evlərimizdən uzaq tutmaq üçün fayda yönümlü bir yol təklif edir.
Onlayn alış-verişin yayılması ilə evlərimiz karton qutularla dolub-daşır. Aydındır ki, bu qutuları toplamaq bizim şəxsi yaşayış mühitimiz üçün ən yaxşı variant deyil və onlardan xilas olmaq planetimiz üçün ən yaxşı variant deyil.
ABŞ, Kanada və Böyük Britaniyada fəaliyyətini davam etdirən təşəbbüs, pulsuz olaraq bağışlanacaq əşyalarla (oyuncaqlar, kitablar, paltarlar, elektronika və s.) dolu karton qutuları toplayaraq ehtiyacı olanlara çatdırır. Qutulara davamlılıq səviyyəsindən asılı olaraq 70 kiloqrama qədər əşyalar yerləşdirilə bilər.
“Give Back Box” vasitəsilə ianə vermək istəyənlər təşəbbüsün saytından istədikləri bölgəni və xeyriyyə təşkilatını seçib, göndərmə etiketini çap edə bilərlər . Bu yaxınlarda yardımın əhəmiyyətli bir hissəsi Türkiyə-Suriya zəlzələsindən zərər çəkənlərə və Polşadakı ukraynalı qaçqınlara çatdırılıb.
Qeyd edək ki, 2012-ci ildən bəri ehtiyacı olanlara kömək etmək üçün 1 milyon qutunun təkrar emalına vasitəçilik edən “Give Back Box” 19 milyondan çox paltarı atmaqdan xilas edib. Bundan əlavə, 2019-cu ildə LEGO ilə əməkdaşlıq çərçivəsində təxminən 23 ton ağırlığında istifadə olunmuş LEGO oyun ehtiyacı davam edən uşaqlara çatdırılıb.