Ötən ayın sonunda razılığa gəldiklərini açıqlayan tərəflər Rəqabət Qurumuna müraciət edərək təsdiq prosesinə başlayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, AXA Groupama-nın Türkiyə bölməsinin alınması üçün rəsmi təsdiq prosesinə başlayıb. Tərəflər Rəqabət Qurumuna müraciətlərini tamamlayıblar.


Təsdiqləmə prosesi başa çatdıqdan sonra AXA Groupama Sigorta AŞ və Groupama Hayat AŞ-nin səhmlərinə sahib olan Groupama İnvestment Bosphorus Holding AŞ-nin səhmlərinin 100 faizini öz üzərinə götürəcək.


AXA Beynəlxalq Mərkəzinin Baş Meneceri və AXA Sığortanın Strateji İnkişaf Departamentinin rəhbəri Nuria Fernandezin açıqlamalarına görə, saziş AXA-ya güclü distribütor şəbəkəsindən faydalanmağa və əsas biznes sahələrində bazar payını artırmağa imkan verəcək.