Fintech sektoru gündən-günə inkişaf edir və yeni texnologiyaların inteqrasiyası ilə daha da böyüyür, sektorda istehlakçı yönümlü addımlar əslində olduqca sürətlə atılır.
Facemark.az "Banco.az"-a istinadən "Fintech nədir?" mövzusunda araşdırma yazını təqdim edir!
Maliyyə və texnologiyanın bir-birinə inteqrasiyası fintech adlanır. Əslində, ümumi tarixə nəzər salsaq, maliyyə-texnologiya cütlüyü hələ ötən əsrdən qəbul edilmiş anlayışlardır. Lakin rəqəmsal texnologiyalara olan sürətli çıxış, internet və mobil tətbiqlərin yaranması, fintech anlayışını genişləndirərək, əhəmiyyətli bir ifadəyə çevirmişdir. Fintechin məqsədi xərcləri aşağı salmaqla daha keyfiyyətli xidmət təmin etməkdir. 22 unicorn (milyard dollarlıq şirkətlər) yetişdirən yeganə sahə maliyyədir və maliyyə, xüsusilə banklar fintech təsirindən çox şeyi dəyişdirməli oldu. Son 5 ildə, ənənəvi dünya banklarının fəailyyətində sürətli bir düşüş var. Lakin fintech startaplarının eyni qədər, hətta daha çox artması bu sahənin əhəmiyyətini bir daha vurğulayır. Nəhəng dünya banklarında daxili parçalanma prosesi gedir. Belə ki, bankların daxilində formalaşan fintech startupları bankları böyütməklə yanaşı həmçinin bankların daxilində kiçik rəqiblər formalaşdırır. Kənardan nə qədər absurd görünürsə görünsün. ABŞ və Avropa bankları bu siyasətlə olduqca ağıllı bir strategiyadadır. Çünki bu banklar fintech startaplarını rəqabətdəki rəqiblər kimi deyil, rəqabətdəki tərəfdaşlar olaraq yetişdirir. İnnovasiyalardan qaçmaq olmaz, yeganə çıxış yolu ona uyğunlaşmaqdır. Bankların fintech erasında 3 seçimi var:
1. Öz şirkətləri daxilində, Araşdırma və Tərəqqi departamentinə yatırım etmək (Uzun müddətli periodda olduqca çətindir. Rəqabət güclü olduğu üçün çətinliklər qaçılmazdır).
2. Fintech startuplarını dəstəkləyən açıq platforma yaratmaq
3. Fintechə yatırım edərək, biznesləri satın almaq (Fintech yatırımlarının miqdarı olduqca çox olduğu üçün, şirkətlərə əksər hallarda sərf etmir. Hətta Amerika bankları rəqib banklarla iş birliyi edərək, fintech mədəniyyətini şirkət mədəniyyətinə çevirməyə çalışır).
Bu gün bazarda ən yaxşı scoring sistemi quran bank müştərini qazanır. Misal üçün, müştərinin risk scoringi (risk hesablanması), ənənəvi banka görə ona 1 milyon dollar verməyi uyğun görür. Lakin, fintech sayəsində scoring daha dəqiq hesablanır. Fintech şirkətlərindən biri qalxıb həmin müştəriyə, 2 milyon dollar versə təbii ki, müştəri üçün sizi tərk edəcək. Banklarla fintech arasındakı münasibət qarşılıqlı qazanca söykənməlidir. Lazımsız rəqabət həmişə itirmək təhlükəsini real edir.
Bir bank olaraq fintech sənayesinə girməməyin riski nədir? Nə qədər itirəcəksiniz? Və ya tətbiq etməklə, nələri qazanacaqsınız? Bu sualları yaxşı düşünün.
Fintech necə işləyir?
Fintech mexanizmi aşağıda verilən kategoriyaların çalışma mexanizmindən asılıdır:
1. Blockchain- Xüsusi açarlı kriptovalyuta, dağınıq ortaq verilənlər bazası ilə yaradılan blockchain rəqəmsal kimlik olaraq başa düşülür. Bir mərkəzə bağlı deyil və bütün proses alıcı və satıcı arasındadır. 2022-ci ilə qədər tətbiq olunacağı sahələrə 20 milyard dollarlıq qənaət gətirəcəyi proqnoz verilir.
2. Robo advising (avto-konsalting)- Konsultasiya işlərinin texnoloji vasitələrlə daha dəqiq və ölçüləbilən vəziyyətə gətirilməsi.
3. Big data (Böyük Həcmli Verilənlər)- Datanın analiz olunması ilə, dataya əsaslanan qərarların tətbiq olunması.
4. Açıq API- Hər kəsə açıq olan şəbəkənin qurulması
Qeyd edək ki, Silikon vadisinin son bir neçə ildə ən məşhur mövzusu fintechdir və belə görünür ki, fintech tərəfinə keçənlər rəqabət üstünlüyünü qazandıqları halda, fintechdən qaçanlar müştərilərdən qaçmış olacaq.