Fevralın 20-də saat 20:04-də episentri Hatay Defne olan 6,4 bal gücündə zəlzələ baş verib.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı AFAD bildirib.
Zəlzələdən dərhal sonra saat 20:07-də bu dəfə Hatay Samandağda 5,8 bal gücündə ikinci zəlzələ baş verib. Zəlzələ Adana, Qaziantep, Kahramanmaraş və Şanlıurfa kimi qonşu vilayətlərdə də hiss olunub.
Qeyd edək ki, zəlzələnin dərinliyi 16,74 kilometr olub. Zəlzələ güclü hiss olunub və vətəndaşlar təşvişə düşüb.