Zehni, eləcə də fiziki qabiliyyətlərimiz 20-25 yaş aralığında ən effektiv olur. Ətrafımızdakı orta yaşlı insanların qısamüddətli yaddaş, söz ehtiyatı, məlumatı emal sürəti kimi qabiliyyətlərinin əvvəlki kimi işləmədiyini bildirən cümlələrinin şahidi oluruq.


Facemark.az xarici mənbəyə istinadən "İnsan neçə yaşında zəkasının zirvəsində olur?" mövzusunda araşdırma yazını təqdim edir.


Elm dünyasına olduqca təəccüblü töhfələr verən Albert Eynşteyn 26 yaşında bir çox əhəmiyyətli araşdırmaya imza atıb; Nyutonun 25 yaşında ümumdünya cazibə qanununu kəşf etməsi bu fərziyyəni təsdiqləmiş kimi görünə bilər.Ancaq bir çox tədqiqatçı və psixoloq zəkamızın zirvəyə çatdığı yaşla bağlı çox ətraflı araşdırmalar aparmış və nəticələr diqqəti cəlb etmişdir.


Biz tez-tez düşünürük ki, məlumatı tez xatırlamaq və tez düşünmək qabiliyyətimiz təxminən 20 yaşında zirvəyə çatır və yaşlandıqca azalır. Lakin araşdırmalar göstərir ki, zehni yaşın bütün aspektləri eyni deyil.


Araşdırmalar zəkanın müxtəlif komponentlərinin müxtəlif yaşlarda zirvəyə çatdığını göstərsə də, bəzi zəka bacarıqlarımız orta məktəb və kollecdə ən məhsuldar mərhələyə çatır. Digərləri 40 yaşından etibarən inkişaf etməyə davam edir.


Germine və Hartshorne, hər bir bacarığın hansı yaş və ya yaş aralığında zirvəyə çatdığını müəyyən etmək üçün məlumat təhlilinin yeni üsulunu inkişaf etdirdilər. Bu təhlil nəticəsində müəyyən edilib ki, beyində mövcud olan müxtəlif idrak qabiliyyətləri müəyyən yaşda mütləq pik nöqtəyə çatmır. Bir sözlə, müəyyən bir yaş üçün müəyyən bir pik nöqtəsi yoxdur və bu nöqtə müxtəlif yaş aralıqlarına və ya fərdlərə görə dəyişə bilər.


Tədqiqatçılar 500.000-ə yaxın subyektdən məlumat topladılar və sınaqdan keçirdikləri hər bir bacarığın müxtəlif yaşlarda zirvəyə çatdığını göstərən cədvəl yaratdılar.


Bu araşdırmanın nəticəsi olaraq, informasiyanın işlənməsinin xam sürəti 18 və ya 19 yaşlarında zirvəyə çatır və sonra azalmağa başlayır, qısamüddətli yaddaş isə 25 yaşa qədər inkişaf etməyə davam edir və təxminən 35 yaşa qədər azalmağa meyllidir.


ABŞ-da psixoloqlar yaşları 10 ilə 89 arasında olan 48 537 insan üzərində onların zəka bacarıqlarının yaşla necə dəyişdiyinə dair müxtəlif testlər aparıblar.


Bu testlər iş yaddaşı, emosiyaların tanınması, nömrə bacarıqları və lüğəti ölçən dil, IQ və yaddaş testləri üzrə idi . Bu bacarıqlardan rəqəmlər və simvollarla kodlaşdırma ən çox 19-20 yaşlı uşaqlarda ən təsirli olur, iş yaddaşı isə 20-ci illərin ortalarından 30-cu illərin ortalarına qədər zirvəyə çatır. 30 yaşından sonra bu bacarıq tədricən azalmağa meyllidir.


20-ci illərdə duyğu tanıma funksiyası kifayət qədər yüksək olsa da, bu bacarıq 48 yaşa qədər inkişaf etməyə davam edir, lakin 48 yaşından sonra azalır.


Kristal zəka olaraq da adlandırılan lüğətimiz yaşla birlikdə müntəzəm olaraq inkişaf etməyə davam edir. Ümumiyyətlə, 60 yaşdan sonra bu bacarığın azaldığını düşünsək də, yaş irəlilədikcə söz ehtiyatımızda azalma müşahidə olunmur. Əksinə, yaş irəlilədikcə pik nöqtəsinə çatmağa davam edir.


Sahə araşdırmalarına xas zəkanın yaşa nisbətdə necə olduğunu müəyyən etməyə çalışan Phillip Ackerman, müəyyən təhsil səviyyəsinə çatmış 21-62 yaş arası 288 nəfər arasında bəzi testlər tətbiq etdi. Bu sahələrə incəsənət, musiqi, ədəbiyyat, biologiya, kimya, fizika, astronomiya, hüquq, psixologiya, texnologiya və elektronika daxildir. Ackerman bu araşdırma nəticəsində müəyyən edib ki, ümumiyyətlə orta yaşlı insanlar bir çox sahələrdə gənclərdən daha çox məlumatlıdırlar.


Ancaq bu tapıntı təəccüblü bir istisnanı da ortaya qoydu. Əksinə, kimya, biologiya və fizika sahələri gənclər arasında daha çox yüksəliş tendensiyası nümayiş etdirdi.


Bütün bu təsirləri nəzərə alaraq, zəkamızın müxtəlif hissələrinin həyatımızın müxtəlif mərhələlərində zirvəyə çatdığı qənaətinə gəlirik.


Araşdırmaların nəticələrinə uyğun olaraq qey edək ki, bəzi bacarıqlar həyat boyu durğun olaraq qalır, digərləri isə yaşlandıqca zirvəyə çatır və ya azalmağa meyllidir .