JPMorgan işçilərin ChatGPT-dən istifadəsini məhdudlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, JPMorgan Chase & Co. əməkdaşları tərəfindən süni intellekt chatbot ChatGPT-dən istifadəni məhdudlaşdırıb. Bildirilib ki, ChatGPT-nin məhdudlaşdırma qərarı üçüncü tərəf proqram təminatı məhdudiyyətlərinə riayət etməkdir.


Noyabrın sonunda süni intellekt tədqiqat şirkəti Open AI tərəfindən təqdim edilən ChatGPT, işə salındıqdan cəmi iki ay sonra 100 milyon aktiv istifadəçiyə çatan fenomenə çevrilib. AI chatbot, yazılı göstərişləri inandırıcı akademik məqalələrə, yaradıcı skriptlərə, səyahət şoularına və kompüter koduna çevirmək üçün istifadə edilmişdir. ChatGPT-nin bu uğuru texnologiya nəhəngləri arasında süni intellekt yarışını başladıb.


Qeyd edək ki, Google bu yaxınlarda Bard adlandırdığı ChatGPT rəqibini, Microsoft isə Bing süni intellekt chatbotunu təqdim edib.