Netflix 30-dan çox ölkədə abunə haqqını azaldıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən məşhur film və serial platforması olan Netflix , bir müddət əvvəl Türkiyədə qiymət dəyişikliyi edib. Artımlar nəticəsində əsas üzvlük 63,99 TL, ən yüksək səviyyəli üzvlük isə 130,99 TL-yə çatıb. Bu gün nəhəng platformanın dünya səviyyəsində qiymətlər baxımından fərqli bir addım atdığı ortaya çıxıb.
Müvafiq olaraq, son bir neçə həftədə Netflix İordaniya, İran, Keniya, Venesuela və Xorvatiya da daxil olmaqla 30-dan çox ölkədə xidmətlərinin qiymətlərini endirib . ABŞ və Qərbi Avropa ölkələri endirimdən təsirlənənlər arasında olmayıb.
Onu da əlavə edək ki, Türkiyədə endirim yoxdur .