Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.


Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub.


Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:


- Ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinin əməkhaqqı fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu qərar ümumilikdə 158 min təhsil işçisi ni əhatə edir.


- Artımdan sonra 25 faizdən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.


- Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb.


- 2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.


- Müəllimlərin işə qəbulu üzrə müsabiqədə imtahan müddəti 30 dəqiqə artırılacaq.


- "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili üçün qəbul prosesi 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4126 təhsil proqramını əhatə edir.


Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.