MediaLink Pfizer-in geniş rəqabət prosesini idarə edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Dünyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan Pfizer, media, reklam, rabitə və istehsal sahələrini əhatə edəcəyi gözlənilən genişmiqyaslı rəqabət prosesini başladıb. Pfizer Ad Age ilə paylaşdığı açıqlamada, "Davam edən marketinq transformasiyamızın bir hissəsi kimi qlobal agentlik heyətimizi qiymətləndirmə prosesində olduğumuzu təsdiqləyə bilərik" dedi.


Məlumata görə, Pfizer MediaLink tərəfindən keçirilən müsabiqə nəticəsində birdən çox holdinqlə işləməyi seçə bilər. Pfizer hazırda WPP-nin VMLY&R, Grey, EssenceMediacom, Mindshare və Wavemaker, IPG-nin FCB və IPG Health, Omnicom-un Rapp, PHD, TBWA\WorldHealth kimi agentliklərlə işləyir.


Qeyd edək ki, 2021-ci ildə qlobal reklam xərcləri 2 milyard dollar olan Pfizer-in əsasən ABŞ-ı əhatə edən reklam xərcləri keçən il 2,8 milyard dollara yüksəlib. Şirkətin 2022-ci ildəki gəlirləri rekord həddə - 100,3 milyard dollara çatıb.