ABŞ-da yerləşən OpenAI tərəfindən hazırlanmış süni intellekt chatbotu olan ChatGPT, təbliğat üçün istifadə oluna biləcəyi səbəbiylə Çində qadağan edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ChatGPT, əvvəllər Facebook, Instagram, Reddit, YouTube, Wikipedia və bəzi digər Google xidmətlərini bloklayan Çin hökumətinin son qadağasının hədəfi olub.Çin, ABŞ siyasətlərinə xidmət edə biləcəyi səbəbiylə Amerika əsaslı texnologiyaları ən çox bloklayan ölkələr sırasındadır. Ölkədəki bəzi istifadəçilər VPN ilə qadağadan yan keçsə də, bəziləri Tencent-in üçüncü tərəf tərtibatçıları tərəfindən nəşr olunan “mini süni intellekt alətindən” istifadə etməyə başlayıblar.
Bir vaxtlar dünyanın ən məşhur texnologiya şirkəti olan Nokia 60 ildən sonra loqosunu dəyişib. Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC) yeni loqosunu təqdim edən və martın 2-nə qədər davam edəcək şirkət, böyümə hədəfləri çərçivəsində bu dəyişikliyi etdiyini açıqlayıb.
Sadə, lakin diqqəti çəkən və müasir kimi xarakterizə edilə bilən yeni loqo beş fərqli formada “NOKİA” sözünün işlədilməsi ilə formalaşıb. Bundan əlavə, bütün dünyada marka ilə eyniləşdirilən ikonik "tünd mavi"nin istifadəsindən imtina edildiyini görmək olar.
Nokia-nın CEO-su Pekka Lundmark Bloomberg-ə şirkətin transformasiyasını təmsil edən bu loqo dəyişikliyi haqqında danışıb: “Biz hələ də insanların çoxunun fikrincə uğurlu telefon markasıyıq; lakin indi biz şəbəkələrə və sənaye rəqəmsallaşmasına yönəlmiş yeni brend yaratmaq istəyirik”.
MY AI ChatGPT-nin sürətli və mobil versiyasıdır, eyni zamanda daha məhdud imkanlara malikdir. Məsələn, akademik məqalə yazmağı xahiş etdikdə, o, nəzakətlə rədd edir. O, həmçinin söyüş, zorakılıq, ədəbsiz məzmun və siyasət kimi riskli mövzular haqqında danışmamaq üçün öyrədilib.
Qeyd edək ki, söhbət tabına yapışdırılacaq və ilk olaraq Snapchat Plus abunəçiləri üçün (ayda 3,99 dollar) mövcud olan MY AI-nin gələcəkdə bütün abunəçilər üçün əlçatan olacağı gözlənilir.