Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə #QadınGülərsə sosial kampaniyasına start verir.


Facemark.az xəbər verir ki, bu barəd məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub. Kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.


Kampaniya 1-10 mart 2023-cü il tarixlərində həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır.