Martın 3-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə başlanılır.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Elm və Təhsil Nazirliyi rəsmi saytında qeyd edib. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək ilk "Novruz mühazirəsi"ndə professor Ədalət Tahirzadə çıxış edəcək.


Mühazirənin mövzusu "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusuna həsr olunacaq.


Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2016-cı ildən "Novruz mühazirələri" keçirir.