Sertifikasiyada Azərbaycan dilindən 30, ədəbiyyatdan 20 sual salınacaq
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasında hansı fəndən neçə sual olacağına aydınlıq gətirilib.
Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva məlumat verib.
O bildirib ki, sertifikasiyada Azərbaycan dilindən 30, ədəbiyyat fənnindən isə 20 sual salınacaq.
"Ədəbiyyat fənni ilə bağlı müəllimlərdə müəyyən qədər gərginlik var. Onlar oxunmalı əsərlərinin sayının çox olduğunu düşünürlər. Amma çərçivə sənədində də qeyd olunub. Əsər sayı çox deyil".