Facebook Reels-də maksimum vaxt 60 saniyədən 90 saniyəyə qədər artırılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Meta, daha əvvəl maksimum 60 saniyəlik video müddəti olaraq təyin edilən Facebook Reels-də vaxt məhdudiyyətinin 90 saniyəyə qədər uzadıldığını açıqlayıb.
Instagram Reels-də müddəti 90 saniyəyə qədər uzatma qərarından bir neçə ay sonra gələn yeniləmə ilə yanaşı, Facebook Reels-ə bir sıra yeni xüsusiyyətlər də əlavə edilib.Buna görə platformada Reels yaratmaq istəyənlər İnstaqramdakı kimi trend şablonlarından faydalana və baxdıqları videoların oxşar videolarını hazırlaya biləcəklər.
Təklif olunan digər xüsusiyyət vizual ritm texnologiyasından istifadə edən Grooves-dir. Bu funksiya ilə istifadəçilər videolarındakı hərəkətləri avtomatik olaraq sevimli mahnılarının ritminə uyğunlaşdıra biləcəklər.