Çin mərkəzli TikTok sosial media platformasını böyük dövlət qurumlarında qadağan edən ölkələrin sayı günü-gündən artır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkələrin TikTok-dan uzaqlaşmasının əsas səbəbi Çin hökumətinin istifadəçilərin məlumatlarını toplayaraq öz mənfəətləri üçün istifadə edəcəyi ilə bağlı narahatlıqlardır. Şirkət Çin hökumətinin məlumatlara daxil olmaq səlahiyyətinə malik olmadığını bildirsə də, narahatlıq xüsusilə dövlət qurumlarında məlumat təhlükəsizliyinin həssaslığını artırıb. Araşdırmalar göstərir ki, bu vəziyyət həm də “şirkət telefonlarının” sayını artırır.


Məlumat təhlükəsizliyi ilə bağlı sanksiyaya məruz qalması planlaşdırılan digər tətbiq isə WhatsApp-dır.Böyük Britaniya Meta-ya aid mesajlaşma tətbiqi WhatsApp-ın tezliklə təsdiqlənməsi gözlənilən “Onlayn Təhlükəsizlik Qanunu” çərçivəsində qadağan edilə biləcəyini açıqlayıb. Bloomberg-dəki xəbərlərdə telekommunikasiya şirkətlərinin nümayəndələri məlumat təhlükəsizliyi çərçivəsində ölkələrin gördüyü tədbirlərdən asılı olaraq işçilərinə yalnız işdə istifadə etmək üçün telefon paylayan şirkətlərin sayında artım olduğunu bildirir. Xəbərlərdə yer alan hesabatda dünya miqyasında fəaliyyət göstərən Verizon və Charter operator şirkətlərinin korporativ müştərilərinin sayında artım olduğu bildirilir.


Telekommunikasiya şirkətlərinin korporativ müştərilərinin artırılması


Bu yaxınlarda ABŞ və Avropa İttifaqı Komissiyasından sonra Kanada da dövlət qurumlarında çalışanların TikTok-dan istifadəsini qadağan edib və Danimarka parlamenti öz deputatlarından və işçilərindən bu tətbiqi rəsmi telefonlara quraşdırmamağı xahiş edib. Nəhayət, Belçika və Böyük Britaniya dövlət qurumlarının istifadə etdiyi cihazlarda TikTok-dan istifadəni qadağan edib. Bu qadağalar məlumat təhlükəsizliyinə qarşı həssaslığı artırır. Bu narahatlıq öz işçilərinə təhlükəsiz ikinci cihaz təklif edən dövlət qurumlarının və şirkətlərin sayının sürətlə artmasına səbəb olur.


Qeyd edək ki, 2021-2022-ci illər arasında bir illik dövrdə Verizon-un korporativ müştəriləri 509 mindən 856 minə, Charter korporativ müştərilərinin sayı isə eyni dövrdə 116 mindən 176 minə yüksəlib.