KOBİA və UNDP arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Facemark.az xəbər verir ki, bu barədə məlumat KOBİA-nın rəsmi saytında qeyd olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Queiros ilə görüşüb.
Görüşdə KOBİA-nın fəaliyyəti, Agentliyin mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Azərbaycanda sahibkarlığın inkişafı, KOB-lara dəstək mexanizmləri, eləcə də potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.