İsveçin Müdafiə Nazirliyi öz əməkdaşlarına xidməti telefonlarında “TikTok”dan istifadə etməyi qadağan edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Quna Qraufeld bildirib. Qərara səbəb kimi, proqramın Çinə məxsus olması və istifadəçilərin məlumatlarının toplanıldığı göstərilib.
Qeyd edək ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurası da eyni qadağanı tətbiq edib.