Vençur kapitalı mövzusu hər zaman maraqlı və alternativ yatırım kimi olsa da, 21-ci əsrdə daha sürətələ inkişaf etməyə başladı. Baş döndürən hekayələr, 2000-ci illərin dotkom bumu və trilyonluq şirkətlərə çevrilən startaplar professional investorların da bu bazara yatırım etməsinə gətirib çıxardı.


Azərbaycanda da startap ekosisteminə dəstək və diqqət artmaqda davam edir.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, bu mövzuda Azərbaycanda maraqlı vebinar keçiriləcək.


“Technovate - Sabah Angel Club” startap yatırımı mövzusunda olan vebinarında kapital qoyuluşunun fərqli istiqamətlərin, trendlər, yatırım strategiyaları və yeni üfüqlər haqqında bəhs edəcək.


Qeyd edək ki, vebinar 11 aprel tarixində saat 20:00-da baş tutacaq.


Qeydiyyat linki - http://shorturl.at/xPRU3.