Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan 133-cü Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.


Facemark.az xəbər verir ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biridir. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda keçirilir.


Öz sahəsinin lider şirkətlərindən olan “Özkirəmit” şirkətinin rəhbər heyətindən Nizam Abdullayev və Tural Əlizadə sərgidə iştirak edib. Ziyarət çərçivəsində Çinin dövlət kanalı olan CGTN-ə müsahibə zamanı Azərbaycan və Çin iqtisadi əlaqələrinin hər keçən gün böyüməsindən məmnunluqlarını bildirərək Azərbaycandan olan iş adamları ilə Çin iş adamlarının qarşılıqlı ticari əməkdaşlığının vacibliyini vurğulayıblar.


Qeyd edək ki, COVID-19 böhranının başlamasından sonra əyani formada keçirilən ilk Kanton sərgisinə yerli və xarici olmaqla ümumilikdə 35 min ziyarətçinin qatılacaq. Həmçinin, 40 minə yaxın ziyarətçi tədbirə distant formada qoşulacaq.