Azərbaycan Almaniyanın Köln şəhərində keçiriləcək "Anuga 2023" Beynəlxalq Qida və İçki Sərgisidə iştirak edəcək.
Facemark.az “Report”a istinadən xəbər verir ki, sərgi oktyabrın 7-11-i tarixlərində baş tutacaq.
Artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bununla bağlı hazırlıqlara başlayıb.
Qeyd edək ki, "Anuga 2023" qida və içki sənayesi üçün aparıcı beynəlxalq ticarət sərgisidir və 2 ildən bir keçirilir. Qida sərgisinə 4,6 min yerli və xarici iştirakçının qatılması gözlənilir.