Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanalları və Platforma yayımçıları haqqında növbəti araşdırma yazısını təqdim edir!


Bir neçə gün öncəki yazımızda baxış saylarını hesablayarkən və reytinq cədvəlini hazırlayarkən telekanallara məxsus bəzi yeni youtube kanallarının baxışlarını toplam baxış sayında nəzərə alınmamışdı. Nəzərə alınmayan baxışlar ümumi reytinq cədvəlindəki sıralamaya təsir etməsə də, izləyicilərimizdən gələn təkliflərə əsasən “UNUDULANLAR” adlı yazımızda həmin baxışlarıda hesablamaq qərarına gəldik.


İlk öncə qeyd edək ki, Feedspy.net tərəfindən təqdim olunan Youtube baxışları statistikası yalnız video yükləndiyi ayda izlənərsə sistem onu hesablaya bilir. Yəni öncəki dövrlərdə yüklənən amma bu gün izlənən video baxışlarını nəzərə almır. Bu səbəbdən Youtube analitika statistikası ilə Feedspy.net arasında bəzən baxış saylarında uyğunsuzluqlar müşahidə olunur.


Araşdırma zamanı məlum oldu ki, İCTİMAİ TV-yə məxsus artıq 4 Youtube kanalı fəaliyyət göstərir. “İCTİMAİ TV”, “İTV PLUS”, SƏS AZƏRBAYCAN” və “YERALTI” adlı Youtube kanalları 2023-cü ilin ilk rübündə toplam 102.7 milyon izlənməklə yerüstü televiziya yayımçıları arasında birinci yerdə qərarlaşmışdır.


Amma platforma yayımçıları ilə yerüstü televiziya yayımçılarını birgə reytinq cədvəlində sıralama etsək birinci yerin sahibi 109.9 milyon baxışla BAKU TV-dir.


Ötən yazımızda yerüstü televiziya yayımçıları haqqında rüblük reytinq cədvəlini nümayiş etdirdiyimiz üçün bu dəfə birgə reytinq cədvəlini paylaşmaq qərarına gəldik.


Aktiv Youtube kanalları olan platforma yayımçıları BAKU TV, APA TV və SƏHİYYƏ TV bir sıra yerüstü televiziya yayımçısından yüksək baxış nümayiş etdirirlər ki, bu da illərlə internet resurslarında əldə edilmiş təcrübə və böyük trafik imkanları hesabına baş verir.



“BAKU TV” 110 milyona yaxın rekord baxışla rəqib platforma yayımçılarını üstələməklə yanaşı yerüstü televiziyalar arasında ən çox izlənən İCTİMAİ TV-ni də 7,2 milyon qabaqlaya bilmişdir.


Xatırladaq ki, “İCTİMAİ TV” 2023-cü il I rüb üzrə 102.7 milyon “BAKU TV” isə 109.9 milyon izlənmişdir.



Son zamanlarda kontent təhlükəsizliyi yəni Youtube kanalların silinməsi halında xaos yaranma riskləri azaltmaq üçün telekanallar kiçik yeni youtube kanalları yaradır. Videoları öz kateqoriyasına uyğun kanala yüklənməsidə yeni kanalların açılmasına səbəb olub. Youtube bazarının kiçik oyunçuları olan telekanalların yeni Youtube kanallarıda bu yazımızda unutmuyacayıq.


Məsələn: AZTV QSC nəzdində fəaliyyət göstərən Mədəniyyət TV, İDMAN TV, AZTV XEBER, AZTV MEDIA adlı Youtube kanalları reytinq cədvəlində sıralamaya təsir etmiyəcək dərəcədə az Youtube baxışlarına sahibdirlər.


Belə ki, cari ilin ilk rübündə toplam Mədəniyyət TV 198 min, İDMAN TV 18,9 min, AZTV XEBER 228 min, AZTV MEDİA isə 122 min izlənilmişdir. AZTV-nin əsas youtube kanalı rüb ərzində 22.6 milyon digər 4 kanal isə toplamda 548 min izlənilmişdir.


APA TV-nin nəzdində fəaliyyət göstərən vesti.az, kulis.az, lent.az, APA TV verilişlər, APA PRO adlı youtube kanallarına nəzər saldıqda böyük youtube baxışlarını müşahidə etmirik. Belə ki, rüb ərzində kulis.az 56.2 min, vesti.az isə 29.7 min izlənilmişdir.


2 ay öncə yaradılmış SPACE TV-yə məxsus Space Music kanalında hazırda 1650 abunəçi var ki, dövr ərzində 71 min izlənilmişdir.


Öncəki illərdə yüksək baxış toplayan Youtube kanallarında geriləmələr kontent siyasətinin dəyişməsi, zəif SEO optimizasiyası, copyrightla bağlı şikayətlər(strike) və.s kimi başqa səbəblər ola bilər.


Arzu edirik ki, telekanalların yeni yaranan və ya aktivliyi az olan Youtube kanalları yaxın illərdə sürətlə inkişaf edəcək və televiziyaların toplam baxış sayları üzrə reytinq cədvəlində əhəmiyyətli rol oynayacaq.