Tvitter sürətlə böyüyən rəqib tətbiqi Threads-ə görə Meta-ya qarşı hüquqi tədbirləri nəzərdən keçirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, çərşənbə günü milyonlarla insan üçün istifadəyə verilən Threads, Tvitterə bənzəyir. Meta-nın verdiyi məlumata görə, 30 milyondan çox insan yeni proqram üçün qeydiyyatdan keçib.


BBC News texnologiya müxbiri Ceyms Kleyton qeyd edib ki, Threads-in görünüşü və hissi Tvitterin görünüşünə bənzəyir. O, xəbər lentinin və repostun "inanılmaz dərəcədə tanış" olduğunu qeyd edib.