Threads istifadəçilərinin sayı və istifadəçilərin platformada keçirdikləri vaxt azalır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ata.ai tərəfindən paylaşılan məlumatlar göstərir ki, proqram dünya üzrə Twitter-in həftəlik aktiv istifadəçi bazasının beşdə birinə çatıb. Qeyd edək ki, yeganə azalma təkcə aktiv istifadəçilərin sayında deyil. Sensor Tower, CNBC-yə verdiyi açıqlamada Threads istifadə etməyə davam edən istifadəçilərin sərf etdiyi vaxtın yüzdə 50 azaldığını bildirib. Buna uyğun olaraq 20 dəqiqə olan ortalama vaxt 10 dəqiqəyə enib.
data.ai həmçinin Threads-in ən çox hansı ölkələrə yükləndiyini açıqlayıb. Müvafiq olaraq, proqram ən çox Hindistanda yüklənib. Threads yükləmələrində dünyanın 33 faizini təşkil edən Hindistanı 22 faizlə Braziliya, yüzdə 16 ilə ABŞ, yüzdə 8 ilə Meksika və 5 faizlə Yaponiya izləyir.