The Wall Street Journal-ın yeni hesabatı TikTok-un yaxın aylarda onlayn bazara çıxaracağını göstərir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumata görə, TikTok gələn ayın əvvəlində ABŞ-da elektron ticarət bazarına daxil olacaq. Şirkətin paltardan mətbəx ləvazimatlarına qədər bir çox fərqli kateqoriyada məhsullarını onlayn bazarda satmağı planlaşdırdığı, məhsulların isə Çindəki satıcılardan alınacağı iddia edildiyi bildirilir. “TikTok Shop” adı ilə istifadəyə veriləcək platformanın istifadəçilərin alış-verişdən sonra məhsulları kəşf edə, satın ala və şərh edə biləcəyi fərqli sahələrin olması gözlənilir. TikTok-un marketinq, logistika və satış sonrası xidmətlər kimi bütün sahələrdə rol oynayacağı da məlumatlar arasındadır.