YouTube hazırda video xülasələri çıxarmaq üçün texnologiyadan istifadə etməyə başlasa da, süni intellektlə işləyən video xülasələri hazırda sınaq mərhələsində olduğu üçün istifadəçilər hələ ona daxil ola bilmirlər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, xülasələr yaradıcılar tərəfindən yazılmış video təsvirlərindən bir qədər fərqlidir və belə qalacaq. Çünki bu funksiya ilə YouTube, izləyicini videoya keçməzdən əvvəl məzmunu təqdim edən kiçik bir xülasə əlavə etməyi planlaşdırır. Hazırda istifadəçinin YouTube-da videoya baxıb-baxmamağa qərar verməsi üçün təsvir, şəkil və başlıqdan başqa çox seçim yoxdur. Süni intellekt xülasələri ilə izləyiciləri videolara cəlb etmək məqsədi daşıyır. Beləliklə, həm istifadəçi, həm də məzmun yaradıcısı üçün rahatlıq təmin edir. Çünki istifadəçi nəyə baxacağını anlamağa yaxınlaşdıqca, yaradıcı yeni izləyicilər qazanır.