Son günlər Azərbaycanda “WhatsApp” hesablarına hücumların sayı artıb.


Facemark.az “Baku.WS” ə istinadən xəbər verir ki, hücumların çoxu xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir. Oğurlanan hesabların istifadə edilib-edilmədiyi məlum deyil.


Bir müddət öncə bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən istifadəçilərə müraciət edilib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "WhatsApp" hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi tövsiyyələr edib.


Hesabınıza qoşulmuş cihazları mütəmadi yoxlayaraq və yalnızca rəsmi tətbiqlərdən istifadə edərək "WhatsApp" hesabınızın təhlükəsizliyini təmin edə bilərsiniz.


"WhatsApp" hesabınızın təhlükəsizliyini təmin etmək üçün:


- Telefonunuzda bildirişləri açıq saxlayın ki, başqa cihaz hesabınıza qoşulduqda xəbərdar olasınız.


- Mütəmadi olaraq hesabınıza qoşulmuz cihazları "Settings - Linked Devices" bölməsinə daxil olaraq yoxlayın.


- Hesabınızı başqa cihazlarla əlaqələndirmək üçün yalnız "WhatsApp Web" və ya rəsmi mənbədən yüklənmiş "WhatsApp Desktop" tətbiqindən istifadə edin.