Amazon məhsul səhifələrinə daha çox istehlakçı cəlb etmək üçün fenomenlər tərəfindən hazırlanmış tanıtım videoları üçün müəyyən limitə qədər ödəniş etməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə əsasən xəbər verir ki, məhsulların daha yaxşı tanıtımı üçün Inspire adlı Tik-Tok-a bənzər axın səhifəsi hazırlayan Amazon, platformaya daha çox izləyici cəlb etmək üçün fenomenlərlə ödənişli proqrama başlayır.


Amazon-un müəyyən fenomenlərə göndərdiyi məlumat məktubuna görə, proqrama tanıtım videoları hazırlamaq üçün seçilmiş fenomenlər tələb olunur. Bu videolar eyni kateqoriyadan olan iki və ya daha çox məhsulun tanıtımı, məhsulların müqayisəsi, kateqoriyanın ən yaxşı məhsullarının nəzərdən keçirilməsi, birdən çox məhsuldan istifadə edərək hədiyyə tövsiyələri şəklində olacaq.


Bunun müqabilində fenomenlərə hər təsdiqlənmiş video üçün 25 dollar və maksimum 12500 dollar ödəniləcək. Şirkət başlanğıc üçün 35.000 video limiti qoyub. Bu, şirkətə 875 min dollara başa gəlib.


Fenomenlər Amazonun yeni təklifini bəyənmədi, çünki 12500 dollar demək olar ki, tam bir aylıq işdir. Normalda Amazon müxtəlif kateqoriyalarda istədikləri məzmun üçün təxminən 212 dollar ödəməlidir. Bu da böyük fərq deməkdir.