Məhsuldar süni intellekt istifadəçilərin bir çox sahədə fərqinə varmadan işini asanlaşdırmağa başlayıb. Nəhayət, WhatsApp süni intellektlə işləyən stiker yaradıcısını sınaqdan keçirməyə başladı.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, WhatsApp-da stikerlər əyləncəli söhbətlər üçün əvəzolunmazdır. İndi isə istədiyiniz stickerləri hazırlama şansınız var. WhatsApp cari beta versiyasını (WhatsApp beta Android 2.23.17.8) məhsuldar süni intellektdən istifadə edərək fərdi stikerlər yaratmaq qabiliyyətini sınaqdan keçirir. Bu xüsusiyyət hələlik az sayda testçi üçün əlçatan olsa da, Meta gələn həftə aləti daha geniş şəkildə yaymağa hazırlaşır.