YouTube, "Reklamları atla" düyməsini daha kiçik etmək üçün yeni dizayn üzərində işlədiyini açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, reklamları keçmək düyməsi böyük və görkəmli bir forma malikdir. Bəzi istifadəçilər reklamları bəyənməsə də, bu görüntüdən narahat olduqlarını da dilə gətiriblər.


YouTube isə istifadəçilərini dinləyib bunu dəyişməyi planlaşdırdığını və yeni dizayn üzərində çalışdığını açıqlayıb. Şirkətin bunu etməsinin ən böyük səbəblərindən biri istifadəçilərin reklamları qaçırma ehtimalını azaltmaqdır.


Yeni dizaynın reklam baxışlarının və reklam xərclərinin artmasına səbəb olacağı gözlənilir. Lakin marketinq mütəxəssisləri bildirirlər ki, istifadəçiləri reklamlara baxmağa məcbur etmək mənfi təsir göstərə bilər.


YouTube-un reklamlarla bağlı bu tənzimləmələri istifadəçiləri reklamlara baxmağa məcbur edərsə, Premium üzvlərinin sayının artacağı düşünülür.


Şirkətin kiçildilmiş düymə dizaynı ilə bağlı açıqlamaları belə idi:


"Biz bütün platformalarda "Reklamları keç" düyməsinin dizaynı üçün yeniləməni sınaqdan keçiririk. Məqsədimiz keçən il elan etdiyimiz YouTube-da yenilənmiş görünüş və üsluba uyğun olaraq daha ardıcıl istifadəçi təcrübəsi təmin etməkdir."