TikTok-un bu yeniləmə ilə məqsədi istifadəçiləri TikTok Shop-dan istifadə etməyə təşviq etməkdir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, TikTok Amazon kimi e-ticarət saytlarına keçidləri bloklamağı planlaşdırır. Şirkətin atdığı bu addım istifadəçiləri TikTok Shop-dan istifadə etməyə təşviq etmək cəhdi ilə əlaqələndirilib. Keçən il TikTok ABŞ bazarında sınaq mərhələsində alış-veriş funksiyasını sınaqdan keçirməyə başlamışdı.


The Information-ın paylaşdığı məlumata görə, TikTok Shop bu il ABŞ-da 500 milyon dollardan çox itkiyə məruz qalıb. 500 milyon dollar itki şirkətin TikTok Shop-a investisiyasının həcmini də vurğulayır. TikTok işə götürməyə, paylama şəbəkəsinin qurulmasına və endirimlər və pulsuz göndərmə təklif edən satıcıların subsidiyalaşdırılmasına böyük sərmayə qoyub.


Digər tərəfdən, TikTok-un Amazon kimi e-ticarət saytlarına keçidləri bloklaması platformadakı məzmun istehsalçılarına mənfi təsir göstərə bilər. Çünki məzmun istehsalçıları trafiki Amazon mağazalarına yönəltməklə satışdan komissiya ala bilirlər. Bu bağlantıların bloklanması TikTok yaradıcılarının gəlirini azalda bilər. Bu, məzmun yaradıcılarının diqqətini Instagram kimi digər sosial şəbəkələrə yönəltməsinə səbəb ola bilər.


Hal-hazırda yalnız planlaşdırma mərhələsində olsa da, platformada link bloklama tətbiq olunarsa, məzmun istehsalçıları TikTok Shop-da məhsullara keçidlər paylaşa bilərlər. Çünki bəzi TikTok Shop linkləri istifadəçilərə məhsulları birbaşa video vasitəsilə almağa imkan verir. Bəzi məzmun istehsalçıları öz profillərinə TikTok Shop mağazalarını əlavə edə bilərlər.


Yenə də TikTok Shop-a ABŞ-da istifadəçilər tərəfindən üstünlük verilmədiyini söyləmək olar. İstifadəçilər hazırda TikTok Shop-a gündə 3-4 milyon dollar xərcləyirlər. İyun ayında bu göstərici yarım milyon ilə 1 milyon dollar arasında idi. TikTok əməkdaşlarının fikrincə, ilin sonuna qədər bu göstəricinin 10 milyon dollara çatacağı gözlənilir. Görünür, şirkət bunun yolunu başqa e-ticarət saytlarına keçidləri söndürmək olduğunu düşünür.


Bununla belə, ABŞ-dakı satış məlumatları TikTok Shop-un Cənub-Şərqi Asiyadakı uğuru ilə müqayisədə zəifləyir. TikTok Shop-un Cənub-Şərqi Asiyada gündəlik ticarət həcmi 50-60 milyon dollar arasındadır. TikTok ilin sonuna qədər bu göstəricini təxminən 90 milyon dollara çatdırmağı hədəfləyir. TikTok-un Çin versiyası olan Douyin keçən il onlayn alış-verişin həcmi 200 milyard dollardan çox olub.


TikTok-un yalnız 2028-ci ildə kommersiya həcminə çatacağını proqnozlaşdırır. 200 milyard dollarlıq ticarət həcminin 40-60 milyard dollarının ABŞ-dan gəlməsi gözlənilir. Bütün bu proqnozları nəzərə alaraq deyə bilərik ki, TikTok yolun ən başındadır.


TikTok-un məqsədlərinə çatmaq üçün atdığı başqa addımlar da var. 2021-ci ildə istifadəyə verdiyi Shopify mağazaları ilə vidalaşan şirkət tezliklə ByteDance tərəfindən buraxılan məhsulların sadalandığı "Trendy Beat" alış-veriş sekmesini işə salacaq.