Instaqram Stories bölməsində fotolardan arzuolunmaz obyektləri siləcək süni intellekt aləti hazırlayır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Instagram Story redaktoru üçün süni intellekt alətləri üzərində işləməyə davam edir.


Bu xüsusiyyət sayəsində İnstaqramda hekayələr bölməsində süni intellekt düyməsi olacaq. Bu düymə ilə fotolardan arzuolunmaz obyektləri silmək kimi bəzi funksiyalar mövcud olacaq.


Instaqram, süni intellekt xüsusiyyətinin təqdimat ekranında; "Bir neçə sözlə AI ilə yaradın, siz şəkillərinizi tamamilə yenidən təsəvvür edə bilərsiniz. Yeni fon yaradın, bütün şəkli dəyişdirin və istədiyiniz hər şeyi əlavə edin və ya dəyişdirin. Lakin insanlar sizin şəklinizin AI ilə yaradıldığını görə bilər." ifadələrdən istifadə etmişdir.


AI Restyle ilə təyin edə biləcəyiniz istənilən vizual üslubu tətbiq etməklə bu şəkli yenidən təsəvvür edin.


AI Brush sayəsində təsvirin müəyyən hissələri dəyişdirilə bilər