Sosial media platforması Instaqram, hekayənizə şərh əlavə etməyə imkan verən funksiyanı təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sosial media platforması Instaqram istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar üzərində işləyir. Şirkətin ən son yeniliyi sayəsində hekayənizlə bağlı şərh paylaşmaq mümkün olacaq.



Nümunədə göründüyü kimi, şərhi sola sürüşdürdüyünüz zaman onu hekayənizdə paylaşmaq seçimini görəcəksiniz.


Bundan sonra şərhi hekayənizdə stiker kimi istifadə edə biləcəksiniz. Instaqram-ın burada məqsədi hekayənizə maraqlı şərhlər əlavə etməklə daha çox əlaqə əldə etməkdir.