Bahçeşehir BUG Game Laboratory and Cultic Games ilə əməkdaşlıqda hazırlanan yerli istehsal olan "Cats and the Other Lives" oyunu Nintendo Switch, Sony PlayStation və Xbox platformalarında əlçatan olacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, maraqlı hekayəsi ilə diqqət çəkən və böyük maraqla qarşılanan türk oyunu dağınıq bir ailənin bir araya gəlməsi hekayəsini ev pişiyi Aspenin gözü ilə təqdim edir. 2D piksel sənət üslubunda hazırlanmış "Cats and the Other Lives" oyununda siz Mason ailəsinin ümidlərini və incikliklərini Aspenin nöqteyi-nəzərindən izləyirsiniz. Əvvəlcə səssiz şahid olan Aspen oyunun üç hissəsi boyunca ailə üzvlərinin həyatını dəyişən qüvvəyə çevrilir.


Qeyd edək ki, oyunun oktyabrın əvvəlində bütün konsol platformalarında mövcud olacağı gözlənilir.