YouTube, videonun redaktəsini asanlaşdıracaq yeni YouTube Create tətbiqini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, YouTube yaradıcılar üçün video montajını asanlaşdırmaq üçün "YouTube Create" adlı yeni proqram hazırlayıb. Video redaktə proseslərini daha asan və zövqlü edən tətbiq istifadəçilər tərəfindən TikTok-un CapCut tətbiqi ilə müqayisə edilib. Tətbiq sayəsində video montaj, GIF əlavə etmək və effektlər əlavə etmək kimi əməliyyatlar daha asan həyata keçirilə bilər. Məzmun yaradıcıları öz videolarını tətbiqə yüklədikdən sonra müxtəlif redaktə alətləri arasından seçim edə biləcəklər. Kəsmə, dublyaj, qonorarsız musiqi kitabxanasına giriş, filtrlər, stikerlər, GIF və effektlər əlavə etmək kimi bir çox funksiya təqdim edən proqram həm də pulsuzdur.