Şirkət bu funksiyanı dekabr ayına qədər istifadəyə verməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Meta-nın Twitter-ə rəqib olaraq işə saldığı Threads indi ilk günkü populyarlığını itirib. Təəssüf ki, o zaman Threads istifadəçiləri həvəsli olanlar istəsələr belə hesablarını silə bilmirdilər. Lakin bundan sonra Threads hesabları Instagram hesablarına zərər vermədən silinə biləcək. Meta-nın məhsul məxfiliyi üzrə rəhbəri Mişel Protti, şirkətin bu xüsusiyyəti dekabr ayına qədər istifadəyə verəcəyini söyləyib.