S. “Sizcə, siz bu məqalənin girişini oxuduğunuz anda bizim regional yaradıcı komandamız nə ilə məşğul olur?


C. Bilirsiniz, yaradıcı insanlar qeyri-adi enerjiyə malik olur. Onların planlarını əvvəlcədən müəyyənləşdirmək və fikirlərindən keçənləri təsəvvür etmək çətindir. Bizim kifayət qədər geniş komandamızda əllərindən gələnin ən yaxşısını etmək üçün özünəməxsus planları və ideyaları ilə seçilən istedadlı insanlar var. Siz bu məqaləni oxuyan anda onların nə etdiyini bilməsəm də, bir şeyi dəqiq bilirəm ki, onlar heyrətamiz kampaniyalar həyata keçirmək üçün çox səy göstərirlər”. – İrina Sak, Baş direktor


“İrina ilə razıyam. Bizim çalışqan komandamız var. Komandamızın üzvləri davamlı olaraq kreativ briflər üzərində işləyir, müştərilər ilə lazımi danışıqları edir, mətnlər yazır və heyrətamiz vizuallar hazırlayır. Biz əməkdaşlarımıza iş saatlarını planlaşdırmaqda sərbəstlik veririk ki, onlar yaradıcılıqlarını ən yüksək səviyyədə nümayiş etdirə bilsinlər”. – Mako (Maia) Tchovelidze, Regional yaradıcılıq işləri üzrə rəhbər.



S: Publicis Azerbaijan və Saatchi & Saatchi Tbilisi və onların təcrübəsi haqqında ümumi məlumat verə bilərsinizmi?


C: “Zəngin tarixə və mükəmməllik reputasiyasına malik Publicis Azerbaijan və Saatchi & Saatchi Tbilisi Qafqaz regionunda aparıcı reklam agentlikləridir. Agentliklərimiz müxtəlif sənayelər üzrə müştərilər üçün müstəsna kampaniyalar və təsirli həllər təqdim etməkdə ön sıralarda olublar. Bizim təcrübəmiz cəlbedici brend hekayələri və auditoriya ilə rezonans doğuran və biznesin böyüməsinə təkan verən cəlbedici təcrübələr hazırlamaqdan ibarətdir”. – İrina Sak


S: Publicis Azerbaijan və Saatchi & Saatchi Tbilisi digər agentliklərdən nə ilə fərqlənir?



C: “Bizim regional yaradıcı komandamız və əməkdaşlığımızın gücü bizi həqiqətən fərqləndirir. Regional yaradıcı şəxslərdən ibarət komanda yaratmaqla biz yaradıcılığın, strateji düşüncənin unikal qarışığını açırıq və sərhədləri aşaraq yeni üfüqləri araşdırırıq. Bu yanaşma bizə yerli anlayışlardan, mədəni nüanslardan və bazar dinamikasından istifadə etməyə imkan verir, izləyicilərinin marağına səbəb olan, insanları öz mesajları ilə maraqlandıran kampaniyalar yaratmaqda bizə fərqli üstünlük verir.’’– Mako (Maia) Tchovelidze


S: Regional əməkdaşlıq komandanızın inkişafına necə kömək edir?


C: “Bizim tərəqqi axtarışımızda regional əməkdaşlıq əsas yer tutur. Komandalarımız müxtəlif perspektivləri, mədəniyyətləri və istedadları birləşdirərək harmonik yaradıcılıq simfoniyasını yaradır. Bu, bizi irəliyə aparan, qarşıda duran hər şeyin öhdəsindən gəlməyə həmişə hazır olan güclü üstünlükdür. Biz sadəcə iki agentlik deyilik, həm də daim dəyişən dünyanın çağırışlarını qəbul edən dinamik komandayıq. Bizim sinerjimiz təkcə peşəkar təcrübədən ibarət deyil; bu, əlaqələr qurmaq, ideyaları bölüşmək və yaradıcılığın çiçəkləndiyi bir mühiti təşviq etməkdir”. – İrina Sak


S: Regional yaradıcı tərəfdaşlığınızı qeyri-adi edən nədir?


C: “Güclü xüsusiyyətlərimizin və unikal yanaşmamızın bir araya gəlməsidir. Hər iki agentliyimizin özünəməxsus üstünlükləri var. Komandamızın hər bir üzvü agentliyin uğurundakı fərdi fəaliyyətləri ilə seçilirlər, lakin biz sıx əməkdaşlıq etdikdə möhtəşəm bir şey baş verir. Biz bir araya gələndə komandamız qarşısıalınmaz qüvvəyə çevrilir. Biz müştərilərimizin brendlərini sözün əsl mənasında fərqləndirən aparıcı strategiyalar və güclü ideyalar ərsəyə gətiririk. Bizim yaradıcılıq arzumuz heç bir sərhəd tanımır; biz ideyaların qeyri-mümkün olanı mümkün etmək, ilhamlandırmaq və ürəkləri fəth etmək gücünə inanırıq”. – Orxan Həsənov, Regional Kreativ Kopirayter


S: Komandanızı formalaşdıran istedadlı mütəxəssislər haqqında bizə məlumat verə bilərsinizmi?


C: “Yaradıcı işlərimizin arxasında duran, aparıcı qüvvə olan yüksək ixtisaslı və daim həvəsli peşəkarlardan ibarət komandamız olduğuna görə böyük fəxr hissi keçiririk. Uzaqgörən yaradıcı direktorlardan tutmuş istedadlı dizaynerlərə, sərrast kopirayterlərə və strateji mütəfəkkirlərə qədər komandamız hər bir layihəyə zəngin təcrübə və fərqli perspektivlər gətirir. Biz innovasiyaları təşviq edən, komandamızı yeniliklərə cəlb edən və ruhlandıran, eyni zamanda innovativ ideyalar yaratmaqda ilham verən bir mühit yaratmaqla əməkdaşlıq münasibətlərini inkişaf edirik”. – İrina Sak


S: Regional yanaşma işlədiyiniz brendlərə və şirkətlərə necə əlavə dəyər qatır?


C: “Publicis Azerbaijan və Saatchi & Saatchi Tbilisi-nin yaradıcılığını birləşdirmək bir çox üstünlüklər yaradır. Bu regional sinerji bizə müxtəlif perspektivləri, yerli insaytları və xidmət etdiyimiz bazarları dərindən dərk etməyə imkan verir. Nəticə? Möhtəşəm yaradıcılıq, yenilikçi yanaşma və düzgün strateji həllər. Bundan əlavə, bizim komandada müxtəlif milliyətlərdən və fərqli mədəniyyətlərdən olan insanlar var ki, bu da bizim yaradıcı potensialımızı zənginləşdirir”. – Mako (Maia) Tchovelidze


S: Regional əməkdaşlığınız çərçivəsində sizi nə ruhlandırır?


C: “Biz “Mümkünsüz heç nə yoxdur” şüarı “Dəyişikliyi yönləndir” çağırışını birləşdirərək yeni ideyalar və yanaşmalar ortaya qoyuruq. Mən bu dinamik mühitin bir hissəsi olduğum üçün məmnunam. Yeni ideyalar, fərqli mədəni anlayışlar və davamlı təcrübə mübadiləsi sayəsində agentliklərimizi inkişaf etdirən yaradıcılığımızı gündən-günə gücləndiririk”. – Orxan Həsənov


S: Gələcək planlarınız və məqsədləriniz nədən ibarətdir?


C: “Gələcəyə baxaraq, biz yaradıcı təsirimizi daha da gücləndirmək və regional komandamızı inkişaf etdirmək niyyətindəyik. Böyümə üçün ortaq vizyonla biz sərhədləri aşmağa, innovasiyaları qəbul etməyə və müstəsna müştəri nəticələri təqdim etməyə sadiqik. Biz birlikdə reklam dünyasında və ondan kənarda nəyin mümkün olduğunu yenidən müəyyənləşdirməyə davam edəcəyik”. – Mako (Maia) Tchovelidze.