WhatsApp kanalların tapılmasını asanlaşdırmaq üçün status bölməsində kanal axtarışı funksiyasını gətirir. Funksiyanın hələ inkişaf mərhələsində olduğu və yaxın günlərdə daha çox insana təqdim ediləcəyi qeyd edilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, artıq WhatsApp-da kanallar üçün yuxarı proqram panelində axtarış seçimi olacaq.


Bu, status yeniləmələrini, izlənilən kanalları və hətta digər təsdiqlənmiş kanalları axtarmağa imkan verəcək.